Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyaya qaytarılan FSB killerinin Putinin dostu olduğu üzə çıxdı - Detallar

Tarix: 02-08-2024 15:49     Baxış: 494 A- / A+

Vladimir Putin Almaniyada Berlinin mərkəzində çeçen səhra komandiri Zəlimxan Xanqoşvilinin qətlinə görə ömürlük həbs cəzasına məhkum edilmiş Vadim Krasikovu özünə dost hesab edir. Moskva yalnız Vaşinqtonun Krasikovu təklif olunan sövdələşməyə daxil etməsindən sonra mübadilə ilə razılaşıb.Manevr.az-ın məlumatına görə, qaynarinfo "The New York Times”a istinadən xəbər verir ki, bu məlumatı Rusiya ilə məhbusların mübadiləsi planını tərtib edənlərdən biri, ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Ceyms Rubin alıb.
Nəşr Putin və Krasikov arasında dostluğun təfərrüatlarını açıqlamasa da, bu FSB zabitinin Kreml üçün əhəmiyyətini göstərə biləcək təfərrüatlar açıqlayır və mənbələrdən sitatlar gətirir.
NYT-nin məlumatına görə, Bayden administrasiyası "The Wall Street Journal”ın jurnalisti Evan Gerşkoviç və dəniz piyadası Pol Uilanın mübadiləsi variantlarını tapmağa çalışırdı. Xüsusilə, 2023-cü ilin yanvarında (hələ Gerşkoviçin həbsindən əvvəl) ABŞ Rusiyaya Uilanı Sloveniyada tutulan Rusiya agentləri Anna Dultseva və Artyom Dultsevlə dəyişməyi təklif edib. Noyabr ayında Mərkəzi Kəşfiyyat İdarəsi Moskvaya təklif edib ki, onlar Uilan və Qerşkoviçi Sloveniyadan olan cütlük də daxil olmaqla, artıq həbs edilmiş dörd rusiyalı casusla dəyişdirsinlər. Lakin Rusiya hər dəfə bu təklifi rədd edərək eyham vurub ki, ABŞ daha çox şey təklif etsə, razılaşmaq mümkündür. 
Noyabrda Dövlət Departamentinin girovlarla bağlı baş müzakirəçisi Rocer Karstens Tel-Əvivdə Roman Abramoviçlə görüşüb və ondan Putinin Krasikovu Aleksey Navalnıya dəyişməyə hazır olub-olmadığını soruşub. Abramoviç Putinin bundan imtina edəcəyi ehtimalını irəli sürüb. "Lakin bir həftə sonra milyarder Dövlət Departamentinin əməkdaşına zəng edərək təəcüblü şəkildə bildirib ki, Putin belə mübadiləyə razıdır", deyə NYT yazır.
Mübadilə danışıqlarında iştirak edən Kremlə yaxın bir mənbə NYT Putinin Krasikova olan marağını, prezident üçün işi ilə bağlı prosesdə heç bir sirr açıqlamayan məhkum qatilin Rusiya dövləti qarşısında vəzifəsini yerinə yetirən sadiq bir əsgərin simvolu olması ilə izah edib. Onun sözlərinə görə, Putin Krasikovu "ümummilli əhəmiyyətli missiyanın” ifaçısı kimi görüb və onun azadlığa buraxılması "bütün uşaqlar üçün sizi tərk buraxmayacağımıza dair siqnal” olmalı idi”, - mənbə jurnalistlərə bildirib.
Krasikovun Putin üçün əhəmiyyətini sövdələşmə zamanı onun müqabilində 12 nəfərin Almaniyaya göndərilməsi də sübut edə bilər. Almaniya vətəndaşlarından başqa, bunlar həm də Berlinin təkidli tələbi ilə siyahıya əlavə olunan rus müxalifətçiləridir. Qəzet yazır ki, Vladimir Kara-Murza "Navalnının bir növ əvəzedicisi” olub və Şoltsun qatilin azad edilməsinə mənəvi baxımdan haqq qazandırmaq istəyini təmin etmək üçün daxil edilib.
Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan mübadilədən sonra jurnalistlərə bildirib ki, Krasikov sövdələşmədə "əsas fiqur” olub. "Washington Post”un Rusiyadakı mənbəsi də "Putinin ağlında yalnız Krasikov olduğunu” bildirib.
Qeyd edək ki, ötən gecə Kreml tərəfindən yayılan videoda Krasikov Ankaradan Moskvaya gələn təyyarədən ilk enən şəxs olub. Rusiyaya qayıdanları qarşılamaq üçün şəxsən ilk dəfə hava limanına gələn Putin Krasikovu qucaqlayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar