Xəbər lenti
Ermənistan Rusiya bazarından xaric edildi

Manevr.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Bildirilir ki, qərar ölkə bazarlarına nəzarət edən “Rosselxoznadzor” tərəfindən verilib.
İdarənin məlumatında deyilir ki, aşkarlanan uyğunsuzluq 8 qatdır və bu il gətirilən kənd təsərrüfatı məhsullarının demək olar ki, yarısı nəzarətə təqdim edilməyib.
Bununla əlaqədar olaraq, xidmət qanun pozuntusuna yol vermiş tədarükçülərə fitosanitar sertifikatların verilməsini dayandırmaq tələbi ilə İrəvana rəsmi məktub göndərib.
Bildirilib ki, avqust ayında “Rosselxoznadzor”un mütəxəssisləri Rusiya üçün nəzərdə tutulan məhsulların emalı, saxlanması və istehsal sahələrini yoxlamaq üçün ölkəyə səfər edəcəklər. Məhsullarla bağlı normativlər qaydasında olarsa, Ermənistan öz məhsullarını Rusiya bazarına təkrar ixrac edə biləcək.
Qeyd edək ki, bu il ərzində İrəvan Rusiyaya təxminən 80 min ton meyvə və tərəvəz tədarük edib ki, bu da bir il əvvəlkindən 7 ton çoxdur. Onların arasında ərik, pomidor, alma və bibər var.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar