Xəbər lenti
Ukraynada dağıntılar altından pişik xilas edildi: Sahibəsini ölümdən xilas edib

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Mətbuat Xidmətindən verilən məlumata görə, xilasedicilər Mirnoqradda Rusiya Silahlı Qüvvələrinin zərbə endirdiyi yerdə dağıntıları təmizləyərkən pişiyin miyoldamağını eşidiblər.
"Yeni günə xoş xəbərlə başlayaq, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Mirnoqradda dağılmış evin dağıntıları altından, az qala, bir gündür orada qalmış və qorxmuş pişiyi çıxarıblar. Xoşbəxtlikdən heyvan xəsarət almayıb", - deyə məlumatda bildirilib.
Pişik sahibəsinə təhvil verilib.
Qadın bildirib ki, atış zərbələrindən bir neçə dəqiqə əvvəl heyvan yüksək səslə miyoldamağa başlayıb və israrla onu digər otağa çağırıb ki, bu otaq nəticədə atəşlərdən zərər görməyib. Beləliklə də, pişik sahibinin həyatını xilas edib.
Qeyd edək ki, Mirnoqradda iyulun 14-də Rusiyanın atəşə tutması nəticəsində inzibati və hündürmərtəbəli binalar zərər görüb, bir nəfər ölüb, altı nəfər yaralanıb. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar