Xəbər lenti
Minlərlə illik mağara rəsmləri tapıldı - Qan və sidiklə çəkilib/ ŞƏKİLLƏR
Cənubi Afrikanın Qərbi Keyp əyalətindəki Sederberq dağındakı minlərlə illik mağara rəsmləri bölgənin ən qədim sakinləri olan ovçu-yığıcı San xalqının sənətinə və qədim tarixinə işıq salır.
Manevr.az xarici mediaya istinadən xəbər verir ki, torpaqları 17-ci əsrdən bəri Avropa müstəmləkəçilərinin işğalı altında olan və təxminən 20 min il yaşadıqları San xalqının əksəriyyəti bu gün dünyanın ən quraq bölgələrindən biri olan Kalahari səhrası hövzəsinə səpələnmiş kiçik köçəri icmalarda yaşayırlar.
Avropalılar tərəfindən “kolçular” adlandırılan San xalqı bu gün regionda demək olar ki, bütün Afrika əhalisini təşkil edən Bantu xalqından fərqli olaraq Xoy xalqı ilə birlikdə Cənubi Afrikanın ən qədim yerli sakinləri kimi tanınır.
Əsasən Botsvana, Namibiya və Cənubi Afrika Respublikasında yaşayan 100 mindən çox əhalisi olan San xalqının əksəriyyəti hələ də ovçu-toplayıcı kimi dolanır.
Cənubi Afrika Respublikasının Qərbi Keyp əyalətində yerləşən Cederberg dağı və ətrafı minlərlə ildir San icmalarına ev sahibliyi edən bölgə kimi seçilir.
Dağın şimal-qərb yamaclarında 5 kilometrlik gəzinti yolu olan "Sevilya Qaya Sənəti Yolu"nda 9 mağarada tapılan onlarla rəsm San tarixi baxımından heç bir yazılı qeydi olmayan nadir sənədlər arasındadır.
Buradakı rəsmlərin əksəriyyətinin ən azı 2 min il əvvələ aid olduğu təxmin edilir.
Qan, sidik, gil, kül və tar kimi təbii boya materialları ilə çəkilən rəsmlər dini ayinlərdən ov səhnələrinə, canavar fiqurlarından heyvan şəkillərinə, rəqs səhnələrindən əl izlərinə qədər fərqli mövzulara malikdir.
Əsrlər boyu bəzi rənglərin itirilməsi səbəbindən əksər rəsmlərdə ümumiyyətlə qırmızı və qara rəngli hissələrə rast gəlinir.
Müxtəlif insanlar tərəfindən min illər boyu çəkilmiş bu rəsmlərin bəzilərində kobud xətlər olsa da, incəlik və ustalıqla çəkilmiş rəsmlər də diqqəti çəkir.
Nigar
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar