ABŞ-ın sabiq prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdini həyata keçirən şəxsin adı Tomas Metyu Kruksdur.
Manevr.az apa-ya istinadən xəbər verir ki, bu barədə “New York Post” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. 20 yaşlı Kruksun Pittsburq şəhərinin Bethel Park adlanan məhəlləsində yaşadığı bildirilir.
NYP-nin məlumatına görə, Kruks Trampın çıxış etdiyi səhnədən 100 metr aralıda yerləşən istehsalat zavodunun damından atəş açıb.
Kruks Məxfi Xidmətin snayperi tərəfindən öldürülüb, cəsədinin yanında isə AR-15 tüfəngi aşkarlanıb.
Bundan əvvəl CNN-in jurnalisti Ebbi Filip də atəş açan şəxsin 20 yaşlı Pensilvaniya sakini olduğunu bildirmişdi. Lakin o, həmin şəxsin adını açıqlamamışdı.
Xəbər lenti
Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar