Xəbər lenti
Paşinyan "Erməni xalqının tarixi"ni ləğv etdi
Ermənistan hökuməti xeyli çək- çevirdən sonra rəsmi qərar verdi, məktəblərdə və universitetlərdə tədris olunan "Erməni xalqının tarixi" fənnini "Ermənistan tarixi" adlandırdı. Niyə bunu etdilər?
Siyasi şərhçi Aydın Quliyev deyib ki, baş nazir Nikol Paşinyanın hökumətin iclasında verdiyi izah bu dəyişikliyin nəyə hədəfləndiyinə işarə edir:
“Paşinyan deyib: "Erməni xalqının tarixi " o deməkdir ki, dövlətin olduğu dövrlər də daxil varlığını və inkişafını nəql edir. "Ermənistan tarixi" isə o deməkdir ki, dövlətin olmadığı dövrlər də daxil varlığını və inkişafını nəql edir." Diqqətlə fikir versəniz, zahirən çox cəlbedici deyilmiş bu fikir mahiyyətcə, əslində, mənasız və cəfəngiyatdan başqa bir şey deyil. Fikrin birində deyir ki, "dövlətin olduğu dövrlər də daxil...", o birində deyir "dövlətin olmadığı dövrlər də daxil..."
Əslində, hər ikisi eyni məzmundadır, bir-birini tamamlayır, deyimdə sadəcə o qədər "ritorik məntiq" var ki, erməni cəmiyyətini möhkəm inandırmaq gücündə olduğuna mən şəxsən şübhə etmirəm. Elə Paşinyana da məhz o lazımdır ki, erməni cəmiyyətinin çoxu bu dəyişikliyi dəstəkləsin və əsil məntiqi axtarmasın. Paşinyan müstəqillik dövrü Ermənistan rəhbərlərinin arasında ilk adamdır ki, fantastik "böyük erməni vətəni" anlayışının bu toplumu necə zəhərlədiyini ayıq şəkildə görür. Bu dalandan öz toplumunu çıxarmaq istəyir. Ancaq erməni toplumuna açıq necə desin ki, tariximizi mifləşdirməyək, uydurma "böyük ermənistan" deyib bu ideyanın girovu olmayaq, bu girovluq bizə böyük faciələr yaşatdı, real olanın dəyərini bilək və sair. Paşinyan tarix fənninin adını dəyişməklə öz toplumuna az da olsa "real tarix" öyrətmək istəyir”.
A.Quliyevin sözlərinə görə, Paşinyan, ümumiyyətlə, “mifik Ermənistandan” “Real Ermənistana” keçid kursunu müharibədən sonra addım- addım aparır: “Başı daşdan- daşa dəydi axı...Doğrudur, o, özü “mifik Ermənistan” yox, “virtual Ermənistan” ifadəsi işlədir. Ancaq bizə fərq etməz. Əsas odur ki, adam ermənilərin öz tarixləri ilə bağlı xeyli dərəcədə fantastik olan ideyaların burulğanında olduğunu həqiqətən görür və millətini bu burulğandan çıxarmaq istəyir. Deyim ki, bunu edə bilsə, erməni toplumunun qarşısında böyük tarixi xidmət göstərmiş olacaq. Adam açıq deyir ki, biz əlimizdə olan bu real Ermənistana real vətən kimi baxmalıyıq, əks halda uzaqlarda vətən axtarsaq, “qulağımızı kəsəcəklər”. Tam haqlıdır...Görək, erməni toplumu bu haqqı necə başa düşəcək”.

Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar