Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Bakıya gəlməyə hazırlaşır - Şok iddia

Tarix: 13-07-2024 16:54     Baxış: 3234 A- / A+


Ermənistan Baş naziri Nikol Paşinyan Bakıda noyabrda keçiriləcək COP29 konfransında iştirak edə bilər.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” iddia yayıb.
Bildirilib ki, sülh və ya sülhlə bağlı çərçivə sazişinin COP29-a qədər imzalanmasının mümkünlüyü haqda məlumatlar yayılandan sonra Ermənistanın “hökumətyönlü təbliğat aparatı” Paşinyanın Bakıya səfər edə biləcəyinə eyhamlar vurur.

“Açıq sənədlər və bəyanatlar əsasında öz təhlillərini aparan Areq Koçinyan Nikol Paşinyanın noyabrda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının iştirakçılarının konfransında iştirak etmək üçün Bakıya gedə biləcəyini istisna etməyib. “Mən istisna etmirəm ki, sazişin imzalanması COP29 çərçivəsində baş verəcək. Bir şərtlə ki, Ermənistanın baş naziri geri qayıdanda Bakıda saxlanılan hərbi əsirləri özü ilə gətirsin”, - hökumətin rəsmi təbliğatçısı “Azadlıq” radiosunun erməni xidmətinə bildirib. Bu açıqlama Paşinyanın Bakıya mümkün səfəri ilə bağlı pərdəarxası danışıqların aparıla biləcəyini istisna etməməyə əsas verir”, - məqalədə bildirilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar