İranda keçirilən prezident seçkilərinin nəticələri ABŞ-ın bu ölkə ilə bağlı siyasətinə təsir etməyəcək.
Manevr.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.
"Seçkilər bizim İrana yanaşmamıza ciddi təsir etməyəcək", - deyə ABŞ rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqtonun Tehranla bağlı narahatlığı dəyişməyib:
"Eyni zamanda, Amerikanın maraqlarına xidmət edən diplomatiyaya sadiq qalırıq".
O, İrandakı seçkilərin "azad və ədalətli keçirilmədiyini" iddia edib:
"Biz bu seçkilərin İranın inkişafı istiqamətində əsaslı dəyişikliklərə və ya öz vətəndaşlarının insan haqlarına daha çox hörmətlə yanaşılacağına gətirib çıxaracağını gözləmirik".axar.az
Xəbər lenti
Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar