Xəbər lenti
Ayətullah Xameneinin yeni seçilmiş azərbaycanlı prezidentə mesajı

Manevr.az xarici mediaya istinadən bildirir ki, İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün dərc olunan mesajında seçki namizədlərinə və seçki sahəsində çalışan bütün insanlara təşəkkür edib və vurğulayıb ki, seçilmiş prezident çoxlu imkanlardan, xalqın rifahı və ölkənin tərəqqisi üçün istifadə edərək Rəisinin yolunu davam etdirməlidir.
İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin dərc etdiyi mesaj:
"Allaha şükürlər olsun ki, böyük İran xalqı öz şəhid prezidentini itirmək kimi ağır faciədən sonra qısa bir qanuni müddətdə prezident seçkilərini keçirdi və bir neçə namizəd arasından ölkə prezidentini seçdi.
İran xalqını və seçilmiş prezidenti təbrik edirəm və hər kəsə ölkənin tərəqqisi və nüfuzu naminə əməkdaşlıq etməyi tövsiyə edirəm. Seçkilərdə rəqabətli davranış dostluq normalarına çevrilməli, hər kəs ölkənin maddi-mənəvi rifahı üçün əlindən gələni etməlidir.
Mən seçilmiş prezident cənab Pezeşkiana məsləhət görürəm ki, ölkənin çoxsaylı imkanlarından xalqın rifahı və ölkənin tərəqqisi naminə istifadə edərək Şəhid Rəis yolunu davam etdirsin".
Nigar
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar