Sizin Reklam Burada
Xəbər lenti
04-10-2024
03-10-2024
BÜTÜN XƏBƏRLƏR

Ayətullah Xameneinin yeni seçilmiş azərbaycanlı prezidentə mesajı

Tarix: 06-07-2024 19:20     Baxış: 4137 A- / A+
İran İslam Respublikasının ali lideri Ayətullah Xamenei vurğulayıb ki, İranın seçilmiş prezidenti xalqın rifahı və ölkənin tərəqqisi üçün ölkənin çoxsaylı imkanlarından istifadə edərək Şəhid Rəhbərin yolunu davam etdirməlidir.

Manevr.az xarici mediaya istinadən bildirir ki, İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün dərc olunan mesajında seçki namizədlərinə və seçki sahəsində çalışan bütün insanlara təşəkkür edib və vurğulayıb ki, seçilmiş prezident çoxlu imkanlardan, xalqın rifahı və ölkənin tərəqqisi üçün istifadə edərək Rəisinin yolunu davam etdirməlidir.

İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin dərc etdiyi mesaj:
"Allaha şükürlər olsun ki, böyük İran xalqı öz şəhid prezidentini itirmək kimi ağır faciədən sonra qısa bir qanuni müddətdə prezident seçkilərini keçirdi və bir neçə namizəd arasından ölkə prezidentini seçdi.

İran xalqını və seçilmiş prezidenti təbrik edirəm və hər kəsə ölkənin tərəqqisi və nüfuzu naminə əməkdaşlıq etməyi tövsiyə edirəm. Seçkilərdə rəqabətli davranış dostluq normalarına çevrilməli, hər kəs ölkənin maddi-mənəvi rifahı üçün əlindən gələni etməlidir.

Mən seçilmiş prezident cənab Pezeşkiana məsləhət görürəm ki, ölkənin çoxsaylı imkanlarından xalqın rifahı və ölkənin tərəqqisi naminə istifadə edərək Şəhid Rəis yolunu davam etdirsin".

Nigar
Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar