Xəbər lenti
Ukrayna erməni şərabçılarına qarşı sanksiyalar tətbiq edəcək

Bu barədə Ukrayna mediası yazır.
Ukrayna şərab istehsalçılarını birləşdirən “Ukrvinprom” korporasiyası mayın sonunda Ukraynanın Təhlükəsizlik Xidmətinə (SBU) məhsulları həm Ukrayna, həm də Rusiya pərakəndə satış şəbəkələrində təqdim olunan bəzi gürcü və erməni şərabçılarına qarşı sanksiyaların tətbiqi tələbi göndərib. Məktubda 17 müəssisənin, o cümlədən məşhur "Ararat" və "Sarajişvili" brendlərinin və gürcü şərablarının “Askaneli Brothers” istehsalçılarının siyahısı göstərilir.
Onların 10 il müddətinə ticarət əməliyyatları aparmasına qadağa qoyulması, lisenziyalarının ləğvi və aktivlərinin dondurulması təklif edilir. “Təqdim olunan tədbirlər Ukrayna pərakəndə satış şəbəkələrinin sanksiyalar siyahısında olan müəssisələrin məhsullarını idxal edib Ukraynada satmasının qarşısını almaq üçün kifayət edəcək. Qərar dövlət sanksiya siyasətinin həyata keçirilməsi üzrə idarələrarası işçi qrupu tərəfindən təsdiq olunarsa, gömrük məhsulları ölkəyə buraxmayacaq”, - deyə “Ukrvinprom”un baş direktoru Vladimir Kuçerenko “Ekonomiçeskaya pravda”ya izahat verib. haqqın.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar