Xəbər lenti
Alimlər Marsda yaşaya bilən bitki kəşf etdi
Alimlər Marsda sağ qala və qırmızı planetdə həyatın yaranmasında həlledici rol oynaya biləcək səhra mamırı aşkar etdiklərini bildiriblər.
Manevr.az bildirir ki, qaynarinfo bu barədə "The Guardian"a istinadən xəbər verir.
Çin alimləri iddia edirlər ki, Antarktida və Moxave səhrasında bitən Syntrichia caninervis mamırı quraqlıq, yüksək radiasiya və həddindən artıq soyuq da daxil olmaqla, Marsdakı şəraitə bənzər şəraitə tab gətirə bilir.
"The Innovation" jurnalında Çindən olan tədqiqatçılar səhra mamırının nəinki sağ qaldığını, həm də demək olar ki, tam susuzluqdan tez sağaldığını təsvir edirlər. O, həmçinin -80C-də beş ilədək və -196C-də 30 günə qədər qaldıqdan, həmçinin qamma şüalarına məruz qaldıqdan sonra normal böyümə şəraitində bərpa edə bilib.
Daha sonra komanda təzyiqin, temperaturun, qazların və ultrabənövşəyi şüalanmanın Marsdakı kimi olmasına şərait yaradıb. Məlum olub ki, mamır bu Marsa bənzəyən mühitdə sağ qalıb və hətta yeddi günlük şüalanmadan sonra da normal böyümə şəraitində bərpa oluna bilib. Komanda həmçinin qeyd edib ki, məruz qalmadan əvvəl qurudulmuş bitkilər daha yaxşı qorunub saxlanılır.
"Gələcəyə baxaraq, biz gözləyirik ki, bu perspektivli mamır kosmosda yaşaması və bitki böyüməsi imkanlarını yoxlamaq üçün Marsa və ya Aya aparıla bilər", detə tədqiqatçılar yazır.
Florida Universitetində yosun eksperti Stüart Makdaniel deyib ki, bu ideya prespektivlidir:
"Torpaq bitkilərinin yetişdirilməsi istənilən uzunmüddətli kosmos missiyasının vacib hissəsidir, çünki bitkilər karbon qazını və suyu səmərəli şəkildə oksigen və karbohidratlara - mahiyyətcə insanların yaşaması üçün hava və qidaya çevirirlər. Səhra mamırı yeməli deyil, lakin o, kosmosda xidmətlər üçün digər vacib maddələri təmin edə bilər".
SETI İnstitutundan DAqata Zupanska qeyd edib ki, mamır Marsın səthindəki qayalı materialı zənginləşdirməyə və dəyişdirməyə kömək edə bilər ki, digər bitkilər də orada böyüyə bilsin.
Eyni zamanda, ekspertlər qeyd edirlər ki, tədqiqat Mars şəraitində mamırın əhəmiyyətli oksigen mənbəyi ola biləcəyini, səhra mamırının isə Mars şəraitində çoxalıb böyüyə biləcəyini göstərməyib. Bundan əlavə, ekspertlər qeyd edirlər ki, yeni tədqiqatda Mars torpağına bənzər torpaqdan istifadə olunmayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar