Avropa Birliyinə daxil olmaq üçün referendumun keçirilməsini hazırda məqsədəuyğun hesab etmirəm, lakin Ermənistan xalqının Avropa istəyi var.
Manevr.az axar.az-a istinadən bildirir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Birliyi və ABŞ səfirlərinin, beynəlxalq və ictimai təşkilatların nümayəndələrinin iştirak etdiyi "Erməni Demokratik Forumu"nun iclasında çıxışında deyib.
"Əgər referendum olsa, təşviqat aparmalıyıq. Belə olan halda insanlar bizə sual verəcəklər: Necə, nə vaxt, Avropa Birliyi istəyir, ya yox? İnsanlar Avropa Birliyinin bizi qəbul etməyə hazır olub-olmadığını soruşacaqlar. Bu suala cavab verə bilmərəm, çünki AB daxilində də proseslər gedir ki, bu da ən azı seçkinin nəticələri ilə bağlı suallar doğurur", - Paşinyan bildirib.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar