Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Yenə həddini aşdı - Xameneyidən sitat gətirib Azərbaycanı hədəfə aldı

Tarix: 28-06-2024 16:21     Baxış: 3113 A- / A+

İranın Ermənistandakı səfiri Mehdi Sübhani növbəti dəfə bu ölkəni Azərbaycana qarşı dəstəkləyib.

Manevr.az bildirir ki, İrəvanda jurnalistlərin suallarını cavablandıran səfir yenə təxribatçı və skandal fikirləri ilə diqqət çəkib.
Sübhani bildirib ki, bu gün İranda keçirilən prezident seçkisinin nəticəsindən asılı olmayaraq, molla rejiminin Ermənistan siyasəti dəyişməyəcək.
Təxribatçı diplomat yenə də ad çəkmədən Azərbaycana qarşı "Ermənistan sərhədinin dəyişdirilməsi" hədyanına baş vurub və bu zaman Xameneyidən sitat gətirib:

"Ermənistanla bağlı siyasətimiz çox prinsipialdır. Hakimiyyətə gələn hökumətlər həmin siyasət çərçivəsində hərəkət edirlər. İranın Ermənistana qarşı prinsipial siyasəti İran inqilabının lideri (Əli Xameneyi) tərəfindən dilə gətirilib, bu, İranda baş nazirlə (Nikol Paşinyan) görüşdə də vurğulanıb. Biz Ermənistanın ərazi bütövlüyünə hörmət edirik və onu dəstəkləyirik. Beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi, eləcə də istənilən geosiyasi dəyişikliyin əleyhinəyik".
Sübhaniyə "Azərbaycanın Ermənistana mümkün müdaxiləsi halında İranın reaksiyası necə olacaq" şəklində təxribatçı sual ünvanlanıb.
İranlı səfir suala elə təxribatçı tonda da cavab verib. Sübhani aşkar şəkildə ölkəsinin Azərbaycana qarşı Ermənistana hərbi dəstək verməyə və bu yöndə əməkdaşlığa hazır olduğunu vurğulayıb.
"Əgər söhbət sülh dialoqundan gedirsə, (Azərbaycan - red.) təhdid dilində danışmamalıdırlar. Ermənistanla əməkdaşlığımızın formasına gəlincə, bu, Ermənistan hökumətindən asılıdır. Qarşılıqlı anlayışlara əsaslanaraq hazır olduğumuzu bildirmişik, iki ölkəmizin maraqlarına nə uyğun olacaqsa, Ermənistanla bütün sahələrdə əməkdaşlığa hazırıq", - səfir bildirib.teleqraf.com


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar