Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

İranda Nobel Sülh mükafatçısı prezident seçkisini boykot etdi

Tarix: 22-06-2024 19:28     Baxış: 3117 A- / A+

İranda tanınmış hüquq müdafiəçisi və jurnalist, məhbus Nobel sülh mükafatı laureatı, güney azərbaycanlı Nərgiz Məhəmmədi iyunun 28-də keçiriləcək prezident seçkisində iştirak etməyəcək.

Manevr.az "Report”-a istinadən xəbər verir ki, məlumatı "İraninternational” yayıb.

İranda Evin həbsxanada saxlanılan Nərgiz Məhəmmədi bildirib ki, seçkini boykot edir.

Xatırladaq ki, iyunun 21-də onun cəzası daha bir il uzadılıb.

Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisi, Azərbaycan türküdür. İranda bir sıra KİV-də işləyib.

Ötən ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılarından olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.

Nərgiz Məhəmmədiyə 2022-ci il üzrə "Sərhədsiz Reportyorlar" təşkilatının "Cəsarət Mükafatı” verilib. 2023-cü ilin yanvarında Olof Palme mükafatına layiq görülüb, bundan başqa, Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.

2023-cü il mayın 3-də İranda məhbus jurnalistlər - Nərgiz Məhəmmədi, Nilufər Həmidi və İlahə Məhəmmədi BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüblər.

Nərgiz Məhəmmədi 2003-cü ildə Nobel Sülh mükafatına layiq görülmüş, Güney Azərbaycan türkü Şirin İbadinin yaxın silahdaşıdır. O, 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar