Xəbər lenti
Putin və Kim razılaşdı - Tərəflərindən birinə hücum olarsa...
24 ildən sonra Şimali Koreyaya səfər edən Rusiya lideri Putin Şimali Koreya ilə imzalanan hərtərəfli tərəfdaşlıq müqaviləsi ilə Qərbi qorxudub.
Manevr.az xarici mediaya istinadən xəbər verir ki, Putin Şimali Koreya ilə imzaladıqları hərtərəfli tərəfdaşlıq sazişinin tərəflərdən birinə hücum olacağı təqdirdə qarşılıqlı yardımı nəzərdə tutduğunu açıqlayıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 24 ildən sonra Şimali Koreyaya ilk səfəri zamanı Kim Çen In və böyük izdiham tərəfindən coşqu ilə qarşılanıb. İki lider daha sonra Kim İl Sen Meydanında Rusiya bayraqları ilə böyük izdihamın qatıldığı mərasimdə ictimaiyyəti salamlayıb. Kreml Sarayından verilən açıqlamaya görə, Şimali Koreyaya səfər edən Putin və Kim arasında görüş paytaxtda təşkil edilən mərasimlə başlayıb. Görüş iki ölkənin nazirləri və rəsmilərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Nigar
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar