Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Obrayeni İrəvana gətirən 3 səbəb

Tarix: 12-06-2024 09:18     Baxış: 3137 A- / A+


Obrayenin Ermənistana səfərinin bir neçə məqsədi var.

Siyasi şərhçi Turab Rzayev bildirib ki, Blinkenin müavininin çevriliş ehtimalına qarşı İrəvana göndərildiyi haqda səsləndirilən ehtimallarla razılaşıb:

“Birinci səbəb ABŞ-Ermənistan strateji tərəfdaşlığını yenidən nümayiş etdirməkdir. Yəni Vaşinqton bununla İrəvanın onun nüfuz dairəsinə daxil olduğunu göstərir və hansısa süni inqilab, çevriliş yolu ilə Paşinyanın hakimiyyətdən getməsini istəmir. İkincisi, ABŞ Ermənistan iqtidarına bununla öz dəstəyini göstərir. Çünki son dövrlərdə Paşinyan hökumətinə müxalifətin, Rusiyanın agentura şəbəkəsinin, keçmiş Qarabağ klanının, ölkə və rus mətbuatının güclü təzyiqləri var. Hətta sözügedən qüvvələr gizli kartları belə açmağa və Paşinyan hökumətinə təhdid yaratmağa başladı. Əlbəttə ki, onun-bunun maşası olan keşiş Baqratın rəhbərlik etdiyi aksiyalar da gündəmdədir.


Üçüncü səbəb isə odur ki, Ermənistan parlamentinin sədri Alen Simonyan da son çıxışlarından birində ölkəsində yeni hökumətin formalaşdırılması üçün müxalifət və Rusiyanın bir yerdə işlədiyini deyib. Yəqin ki, Obrayen Paşinyan hökuməti ilə müəyyən məsləhətləşmələr aparmaq üçün İrəvana göndərilib”.

Qeyd edək ki, Entoni Blinkenin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms Obrayen ABŞ-Ermənistan Strateji Dialoqunun iclasında iştirak etmək üçün İrəvanda səfərdədir.

Manevr.az

 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar