Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Süni intellekt ölümlərin qarşısını alacaq

Tarix: 10-06-2024 18:30     Baxış: 3157 A- / A+

ABŞ-dakı İctimai Sağlamlıq Məktəbinin tədqiqatçıları avtomobil toqquşmalarına, velosiped qəzaları və piyada ölümlərinə təsir göstərən əsas ətraf mühit amillərini müəyyən etmək məqsədilə süni intellektdən istifadə edir.

Manevr.az xəbər verir ki, tədqiqatçılar qəzaların baş verdiyi yerləri müqayisə etmək məqsədilə dünyadakı küçələrin 360 dərəcə görünüşünü süni intellekt vasitəsi – “Quql Strit Vyu”nu (QSV) sınaqdan keçiriblər.

“Avtomobil qəzaları gənclərin əsas ölüm səbəblərindəndir. Buna görə də mühitin ölümcül toqquşmalarının sayının necə azaldıla biləcəyini, bundan daha çox hansı icmaların təsirləndiyini anlamaq çox vacibdir. Ölkənin hər yerindən belə böyük həcmdə QSV məlumatlarını emal edə bildiyimiz üçün hansı daxili elementlərin avtomobil qəzalarına təsir etdiyi barədə dəqiq nəticələr əldə edə bildik. Aydındır ki, yaşıllıq sahələri, küçə işıqları, təkzolaqlı yollar və səkilər olan yerlər daha az ölümlə nəticələnən ərazilərdir”, - tədqiqatçıların məlumatında deyilib.

Araşdırma nəticəsində məlum olub ki, daha çox səkinin salındığı ərazilərdə ölümlə nəticələnən qəzalar 70 faizədək azalıb.


“Biz bu kimi daha böyük və səmərəli tədqiqat aparmaq üçün süni intellektdən istifadənin artdığını görürük. Bu araşdırma bəşəriyyətin ictimai sağlamlığını yaxşılaşdırmaq üçün süni intellektdən necə istifadə etmək lazım olduğunu nümayiş etdirir”, - bu sahə üzrə araşdırmaçı Heran Mane bildirib.axar.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar