İki il Rusiya qüvvələri tərəfindən saxlandıqdan sonra ölkəsinə qayıdan ukraynalı hərbi əsirin son halı kəskin tənqid edilib.
Xarici KİV xəbər verir ki, hərbi əsir Qorilik Roman Vasilyeviç fotolarında qeyri-insani münasibətə məruz qaldığı və xeyli arıqladığı nəzərə çarpır.
Xəbər lenti
Rusların əlində əsir qlan ukraynalı əsgərin son halı ürək dağladı - ŞƏKİL
Məlumata görə, Vasilyeviç əsir düşməzdən əvvəl Milli Qvardiya əsgəri olub və mayın 31-də dəyişdirilən 74 məhbusdan biri olub. Ukraynaya qayıtdıqdan sonra müharibə zamanı Rusiya qüvvələrinin vəhşiliyini sübut etmək üçün aclıqdan əziyyət çəkən şəxsin fotoşəkilləri çəkilib.
"Bu dəhşətli fotoşəkillər ukraynalı Qorilik Roman Vasilyeviçin iki il Rusiya əsirliyindən sonrasını göstərir. Roman və digər ukraynalı hərbi əsirlərin vəziyyəti dəhşət doğurur və bəşər tarixinin ən qaranlıq səhifələri - nasistlərin ölüm düşərgələri ilə bağlıdır" - Ukrayna tərəfinin bəyanatında deyilir.
Həmçinin hərbi əsirlərin heç birinin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) rəsmiləri tərəfindən görülməsinə icazə verilmədiyi bildirilir. Bu, hərbi əsirlərlə bağlı Cenevrə konvensiyalarının birbaşa pozulması kimi qeyd olunur.
Cenevrə Konvensiyalarına əsasən, BQXK-ya silahlı münaqişələr zamanı humanitar müdafiə və yardım göstərməyə icazə verilir. Müharibə şəraitində olan ölkələr BQXK-nın bütün şəraitdə hərbi əsirlərə baş çəkməsinə icazə verməlidir.(ölkə.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar