ABŞ Silahlı Qüvvələri "Ansar Allah" hərəkatının husi üsyançılarının beş pilotsuz təyyarəsini və gəmi əleyhinə iki ballistik raketini zərərsizləşdirib.
Manevr.az report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı "X"dəki səhifəsində məlumat yayıb.
"ABŞ-nin silahlı qüvvələri Yəmənin husilərin nəzarətində olan ərazisində dörd pilotsuz uçuş sistemini və gəmi əleyhinə iki ballistik raketi uğurla məhv edib. ABŞ qüvvələri Bab əl-Məndəb boğazına doğru atılan bir pilotsuz təyyarəni də uğurla zərərsizləşdirib", - xəbərdə deyilir.
Bundan əlavə, komandanlıq Qırmızı dənizdə husilərin patrul katerinin məhv edildiyini və üsyançıların Qırmızı dənizə gəmi əleyhinə dörd ballistik raket atdığını bildirib. ABŞ hərbi gəmiləri və koalisiyası, eləcə də ticarət gəmiləri bundan zərər görməyiblər.
Xəbər lenti
ABŞ ordusu husilərin 5 PUA-sını və iki raketini vurub

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar