Xəbər lenti
Putin: "Fələstin dövləti qurulmadan sülh olmayacaq"
Rusiya prezidenti Vladimir Putin İsrailin Qəzza zolağına hücumlarından danışıb. Qəzza və Rəfahda baş verənlərin müharibə kimi deyil, mülki əhalinin tamamilə məhv edilməsi kimi olduğunu bildirib.
Manevr.az xarici mediaya istinadən bildirir ki, İsrailin Qəzza zolağına hücumları ilə bağlı Rusiya prezidenti Vladimir Putin “Hazırda Qəzza və Rəfahda baş verənlər müharibəyə bənzəmir. Bu, mülki əhalinin tamamilə məhv edilməsinə bənzəyir. Fələstin dövləti qurulmadan regionda sülh olmayacaq" - deyə bildirib.
Qeyd edək ki, Vladimir Putin Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forumda (SPIEF) mətbuat konfransı keçirərək İsrailin Qəzza zolağına hücumlarına toxunub. Rusiyanın Fələstinə münasibətinin eyni olduğunu deyən Putin bildirib ki, "Rusiyanın münasibəti eynidir və konyukturadan asılı deyil. Biz Fələstin dövlətini sovet dövründən bəri uzun müddət bu şəkildə tanımışıq. Bu mənada bizim münasibət dəyişməyib”.
Nigar
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar