Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

ABŞ Güləni MİT-ə verdi: Türkiyəyə gətirilir?

Tarix: 05-06-2024 16:53     Baxış: 4148 A- / A+
FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ABŞ-nin Pensilvaniya ştatındakı malikanəsindən qaçırılması ilə bağlı yayılan xəbərlərdən sonra yeni iddia gündəmə gəlib.
Manevr.az oxu.az-a istinadla xəbər verir ki, Fətullah Gülənin Türkiyəyə gətirildiyinə dair iddia ortaya atılıb.
Əvvəlki iddialara görə, FETÖ-nün Pensilvaniyadakı malikəsində evlər boşaldılıb, müəyyən ərazilər satışa çıxarılıb və təşkilat daxilində çəkişmələr başlayıb.
Keçən həftə Fətullah Gülənin qardaşı oğlu Əbusələmə Gülən "hoca"mızı qaçırdılar" deyərək Cövdət Türkyolu, Mustafa Özcan, Barbaros Kocakurt, Adil Öksüz və Əkrəm Dumanlının başçılıq etdiyi "baş ucalar" qruplaşmasını ittiham edib. Həmçinin Gülənin öldüyünə dair də iddialar yayılıb.
Qeyd edək ki, FETÖ-nün daxilindəki "baş ucalar" və "mollalar" qrupları arasında "hakimiyyət" mübarizəsi gedir.
Bu xəbərlər fonunda türkiyəli jurnalist Müəssər Yıldız öz yazısında Gülənin Türkiyəyə təhvil verildiyini iddia edib:
"Günlərdir Pensilvaniya ştatındakı malikanəsi boşaldılan və oradan uzaqlaşdırılan Fətullah Gülənin sağlamlıq vəziyyəti müzakirə olunur. "Ölür", "öldü" kimi ifadələr ortaya atılır. Bu gündən gündəmə gələn son iddia isə ABŞ-nin Güləni Milli İstihbarat Təşkilatına (MİT) təhvil verdiyi, təyyarəsinin Türkiyə doğru uçduğu və bu məlumatların hələlik gizli saxlanıldığıdır".
Yayılan bu xəbərlərlə bağlı Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasına sual ünvanlanıb. Xarici Əlaqələr Komissiyasının sədri Fuat Oktay belə bir məlumata sahib olmadıqlarını bildirib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar