İyunun 3-də yerli vaxtla saat 18:00-da İranda prezidentliyə namizədliyə iddiaçıların qeydə alınması prosesi başa çatır.
Manevr.az xəbər verir ki, bu barədə məlumatı “Tasnim” yayıb.
Bildirilib ki, bu günədək 37 iddiaçı qeydə alınıb. Onların arasında İran hakimiyyətinin tanınmış siyasi və dövlət xadimləri Mahmud Əhmədinejat, Səid Cəlili və Əli Laricaninin də adları var.
İddiaçılar Daxili İşlər Nazirliyi və Nəzarət Şurası tərəfindən araşdırldıqdan sonra prezidentliyə namizəd olaraq qeydə alınacaq. İyunun 12-27-dək seçkiqabağı kampaniya olacaq. İyunun 28-də isə növbədənkənar 14-cü prezident seçkisi keçiriləcək.