Qeyd olunub ki, avtomobil 1973-cü ildə SSRİ-yə gəlib və SSRİ Daxili İşlər Nazirliyinin o vaxtkı rəhbəri Nikolay Şolokovun oğlu İqor Şolokovda olub.
Avtomobilin yürüşü azdır və salonda aşınma izi yoxdur. "Mercedes"in kapotunun altında 4,5 litr həcmə və 225 at gücünə malik "V8" mühərriki var. Sürət qutusu üç pilləli hidromexaniki avtomatdır.
Avtomobilin təxmini qiyməti 20 milyon rubl (təxminən 376 min manat) təşkil edir.
Brejnevə hədiyyə edilən "Mercedes-Benz" Rusiyada yenidən qeydiyyata alınmayıb. oxu.az
Manevr.az