Xəbər lenti
Zelenski G7 sammitinə dəvət olundu
Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 13-dən 15-dək İtaliyanın Puglia şəhərində keçiriləcək Böyük Yeddilik Qrupunun (G7) liderlərinin sammitində iştirak edəcək.
Manevr.az bildirir ki, bunu İtaliyanın baş naziri Giorgia Meloni deyib.
O əlavə edib ki, toplantıya ən azı 15 ölkə və beynəlxalq təşkilat da dəvət olunub.
Mayın 25-də bildirilib ki, G7 Rusiyaya qarşı iqtisadi və maliyyə sanksiyalarını gücləndirməyi gözləyir, məqsədlərdən biri də Rusiyanın enerji ixracından əldə etdiyi gəliri azaltmaq olacaq.
G7 ölkələri Rusiyaya hərbi-sənaye kompleksi üçün material, texnologiya və avadanlıq əldə etməyə kömək edən təşkilatlara və şəxslərə qarşı da sanksiyalar tətbiq edəcəklərini vəd ediblər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar