Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Məşhur milyarderdə yenidən XƏRÇƏNG AŞKARLANDI - Altı ay ömrü qalıb

Tarix: 26-05-2024 09:22     Baxış: 3180 A- / A+
Rusiyalı milyarder, "Krasnodar" futbol klubunun sahibi Sergey Qalitskidə yenidən xərçəng şişi aşkarlanıb.
Manevr.az xəbər verir ki, bu barədə jurnalist İvan Karpov "Telegram" kanalında məlumat yayıb.

Jurnalist həmçinin xəstəlik səbəbindən xeyli dəyişilmiş iş adamının fotosunu da paylaşıb.
“Hələ dekabr ayında həkimlər "Krasnodar"ın sahibinə məyusedici diaqnoz qoydular: altı ay yaşamaq. Bütün bu müddət ərzində o, orqanizmə çox təsir edən kimyaterapiyadan keçdi”, - Karpov bildirib.
Onun sözlərinə görə, milyarder iki fond təşkil edib, onlardan biri futbol klubunun, ikincisi isə "Krasnodar" akademiyasının işləri ilə məşğul olacaq.
“Qeyd etmək vacibdir ki, bu yaxınlarda onun qızı Polina atasının həyatında getdikcə daha mühüm rol oynamağa başlayıb. O, klubun fəaliyyəti üçün nəzərdə tutulan fonda nəzarət edəcək”, - Karpov yazıb.
Qalitski xəstəliyi haqqında ilk dəfə 2021-ci ilin payızında danışmışdı.
"Bu həyatdır - sən həmişə taleyinin ağası deyilsən", - milyarder deyib.
Qalitski "Forbes"in ən zəngin ruslar siyahısında 41-ci yerdədir. Nəşr onun sərvətini 3,3 milyard dollar qiymətləndirir.(Publika.az)

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar