Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham etdi

Tarix: 21-05-2024 08:49     Baxış: 3206 A- / A+
“Təyyarə qəzasında həlak olan Prezident İbrahim Rəisi də daxil olmaqla, dövlətin yüksək vəzifəli şəxslərinin pis hava şəraitində daşınması üçün köhnə, 45 illik helikopterdən istifadə etməkdə İran hakimiyyətinin özləri günahkardır”.

Bu bəyanatla ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller çıxış edib.

Onun sözlərinə görə, ABŞ İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin helikopter qəzasındaə həlak olmasına baxmayaraq, Tehrana, o cümlədən bu ölkənin təyyarələrinə qarşı sanksiyaları tam şəkildə saxlamaq niyyətindədir.

“Biz sanksiyalar rejiminə görə qətiyyən üzr istəmək fikrində deyilik. İran hökuməti öz təyyarələrindən terrora dəstək üçün avadanlıq daşımaq üçün istifadə edib. Bu baxımdan, İran hökumətinin istifadə etdiyi təyyarələrə qarşı sanksiyalar da daxil olmaqla, sanksiyalar rejimini tam şəkildə həyata keçirməyə davam edəcəyik”, - deyə o bildirib.

Amerika xarici siyasət idarəsinin nümayəndəsi deyib ki, faciə ilə bağlı İrana rəsmi başsağlığı verilməsinə, eləcə də ABŞ-ın BMT Təhlükəsizlik Şurasında bir dəqiqəlik sükutda iştirakına baxmayaraq, Vaşinqton İrana və onun hökumətinə qarşı siyasətini əsaslı şəkildə dəyişməyib və bunu etməyəcək. report

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar