Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyanın qeyri-adi muzeyləri - ŞƏKİLLƏR

Tarix: 19-05-2024 15:02     Baxış: 3201 A- / A+
Dünyanın qeyri-adi muzeyləri - FOTOLAR
Muzeylər tarixi, bədii, elmi və ya mədəni maraq kəsb edən əşyaları qoruyub saxlamaq və nümayiş etdirmək üçün nəzərdə tutulub. Belə əşyalara əfsanəvi rəssamların rəsmləri, tarixi əsərlər, əlyazmalar, heykəllər və s. misal ola bilər. Bəs əriştə və saç muzeylərinin olduğunu bilirdinizmi?

Manevr.az AZƏRTAC-a istinadən Beynəlxalq Muzeylər Günündə dünyanın ən qeyri-adi muzeylərinin siyahısını təqdim edir.

Lerikdə Uzunömürlülər muzeyi (Azərbaycan)

Azərbaycanın Lerik rayonunda bənzəri olmayan Uzunömürlülər muzeyi fəaliyyət göstərir. Muzeyin yaradılmasının əsas səbəbi ərazidə uzunömürlülərin sayının çox olmasıdır. Muzeyin binası müasir memarlıq elementlərindən istifadə edilməklə inşa olunub. İki zaldan ibarət olan muzeydə 2 mindən çox eksponat, o cümlədən, yaşı yüzdən çox olan 500-dən çox lerikli barədə fotoşəkillər və maraqlı məlumatlar nümayiş etdirilir.
Osakada Əriştə muzeyi (Yaponiya)

Əriştənin mənşə şəhəri sayılan Osaka dünyanın ən qeyri-adi muzeylərindən birinə ev sahibliyi edir. Burada 800-dən çox paket məhsul nümayiş etdirən tunel yerləşir. “Cup Noodles Factory” adlanan müəssisədə bütün əriştə hazırlama prosesini sıfırdan görmək mümkündür. Muzeydəki mağazada adi mağazalarda tapılmayan nadir və “kolleksiya” hesab olunan əriştə növləri satılır. Köşklərin yanında isti su maşınları var - əriştəni mənzərəsi qış bağçasına açılan kafedə yemək də olar.
Bərbad İncəsənət nümunələri muzeyi (ABŞ)

İncəsənət əsərlərinin ən yaxşıları muzeylərdə nümayiş etdirilir. Buna görə ən pis sənət əsərlərinin də öz muzeylərinin olması tamamilə ədalətlidir. Bəlkə də yox. Bu və ya digər şəkildə, Amerikanın Massaçusets şəhərində yerləşən Bərbad İncəsənət nümunələri muzeyi kolleksiyasını məhz bu zay sənət nümunələrinə həsr edir. Hər şey çox sadədir. Bu, öz auditoriyası olan və həm qurumun özü, həm də ziyarətçiləri üçün mükəmməl xidmət göstərən məkandır. İstedadlı sənətkarların zəif əsərlərindən tutmuş fırça ilə çəkməyə çətinlik çəkən insanların cızma-qaralarına qədər bütün nümunələrin bu muzeydə xüsusi kolleksiyası mövcuddur.
Amsterdamda İşgəncələr muzeyi (Niderland)

Amsterdamdakı İşgəncələr muzeyi burada rast gəlinən tükürpədici alətlərin müxtəlifliyinə görə qeyri-adi muzeylər siyahısına daxil edilib. Kiçik və qaranlıq otaqlarda müxtəlif işgəncə ləvazimatları var. Gilyotin, baş barmaq üçün vintlər, “dəmir qadın” (dəmir lövhələrlə örtülmüş qadın fiqurundan ibarət olan Orta əsr işgəncə və ölüm cəzası aləti - red.), “rəzillik fleytası”, kəllə sümüyü əzən - muzeydə nümayiş olunan əşyaların ancaq bir hissəsidir.
Kankunda Sualtı muzey (Meksika)

Meksikanın Kankun şəhərindəki Sualtı muzey həyəcanverici və inanılmaz mənzərələrin məkanıdır. Kankunun dupduru sularında natural formada hazırlanmış və dənizin dibinə pərçimlənmiş 500-dən çox büst və heykəl var. Bu bənzərsiz mənzərəni şüşə qayıqlarda səyahət etməklə, dalğıc vasitəsilə və ya suyun altında üzməklə seyr etmək mümkündür. Muzey Ətraf mühit elmləri ilə incəsənət arasındakı qarşılıqlı əlaqəni nümayiş etdirir. Muzey, eyni zamanda, dünyanın ən böyük süni rifinə malikdir.
Bitmiş Münasibətlər muzeyi (Xorvatiya)

Bu muzeydə təkcə yumşaq ayı oyuncaqlarına və köhnə sevgi məktublarına rast gəlinmir, bu məkan inciyən qəlblərin daxilinə açılan pəncərə rolunu oynayır. Zaqrebdəki muzeyin rəflərində uğursuz sevgi hekayələrinin ən qəribə xatirələri yatır. Bu muzey sizi güldürəcək, ağladacaq, gözlərinizi yaşardacaq və hətta insanların ayrılıq yadigarı kimi saxladıqları qəribə əşyalara heyran qoyacaq.
Çörək Mədəniyyəti muzeyi (Almaniya)

Çörək Mədəniyyəti muzeyi 16000-dən çox artefaktın saxlandığı yerdir. Muzey Ulm şəhərindəki İntibah binasında yerləşir və çörək bu mədəniyyətin tərkib hissələrindən yalnız biridir. Digər mövzular arasında qidalanma, yemək qəbulu və gündəlik həyat tərzi var. Burada kənd təsərrüfatı, qidalanma və çörəklə əlaqəli hər şeyin sosial, mədəni və texnoloji tarixini izah edən 19 tematik təsvirini görmək mümkündür.

Qeyd edək ki, Ermənistan tərəfindən işğal olunana qədər Ağdam rayonunda 2800 eksponatdan ibarət Çörək muzeyi fəaliyyət göstərib. İşğal dövründə bu muzey yerlə-yeksan edilib.
Kapadokyada Saç muzeyi (Türkiyə)

Türkiyənin Kapadokya bölgəsindəki Avanos şəhərindəki müxtəlif saçlardan 16000 nümunə toplayan muzey də qeyri-adiliyi ilə seçilir. Muzeyin yaranma tarixi belədir: sevgilisi ilə vidalaşan Çez Qalip adlı yerli dulusçu, ondan xatirə olaraq nə isə bağışlamasını xahiş edir. Dulusçunun sevgilisi isə ayrılıq nişanəsi kimi öz saçlarından kəsərək ona verir. Dulusçu sevdiyi qızın saçını suvenir formasında öz emalatxanasının divarına vuraraq, bu hekayəni oraya gələn turistlərə və ziyarətçilərə nəql edir. Hekayə demək olar ki, dükana gələn hər bir ziyarətçinin xoşuna gəlir, nəticədə onlar da öz saçlarından kəsərək burada saxlayırlar. Beləliklə, dulusçunun məkanı çoxlu sayda saç nümunələrindən ibarət muzeyə çevrilir. 1979-cu ildə yaradılan muzey hələ də çoxlu sayda turistlərin böyük marağını cəlb edir.
Dünyanın qeyri-adi eksponatları saxlanılan muzeylərə İsveçrədəki Qurbağalar muzeyini, ABŞ-dakı Ölüm muzeyini və Yura Dövrü Texnologiyaları muzeyini, Britaniyadakı İslandiya magiyası muzeyini və digərlərini aid etmək olar. 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar