Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Mona Liza" əsəri ilə bağlı yeni tapıntı

Tarix: 16-05-2024 09:36     Baxış: 3257 A- / A+
İtaliyalı alim Enn Pizzorusso sənət tarixinin ən sirli rəsmlərindən biri olan Leonardo da Vinçinin "Mona Liza" əsəri ilə bağlı unikal tapıntılarını təqdim edib. 
Xarici mediayanın xəbərinə görə, alim “Mona Liza”  əsərinin fonunda təsvir edilmiş mənzərənin harada yerləşdiyini araşdıraraq tapıb.
Geoloq və sənət tarixçisi Ann Pizzorusso Leonardo da Vinçinin “Mona Liza” əsərini İtaliyanın şimalındakı Lombardiya bölgəsindəki Komo gölünün sahilində yaratdığını irəli sürüb. 
O, əsərdəki mənzərəni, digər klassik mənzərə rəsmləri ilə müqayisə edib, 14-cü əsrdə Lecco bölgəsinin relyefinin məhz belə görünməsi qərarına gəlib.
Əvvəllər tədqiqatçılar Mona Lizanın fonunda görünən körpüyə diqqət yetirərək, onun Bobbio şəhərində və ya Arezzo əyalətində tikildiyini irəli sürmüşdülər. Lakin Pizzorussonun fikrincə, təkcə körpü rəsmin çəkildiyi yeri dəqiqləşdirmək üçün əsas ola bilməz. Alimin əsas arqumenti ərazinin geologiyası idi. Lecco bölgəsindəki qayalar, Leonardonun rəsmlərindəki boz-ağ fona uyğun gələn əhəngdaşıdır. Bundan əlavə, Bobbio və Arezzoda Mona Liza portretinin fonunda aydın görünən göl yoxdur.
Anne Pizzorusso vurğulayır ki, onun tədqiqatı geologiya və sənət tarixinin biliklərinin birləşməsinə əsaslanır və o, konkret faktlara əsaslanaraq həqiqətə yaxınlaşmağa çalışır.lent.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar