Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistanda kritik vəziyyət: Nikol istefaya gedir?

Tarix: 13-05-2024 22:23     Baxış: 3284 A- / A+
Ermənistanda baş verən son proseslər, keşiş Baqratın rəhbərliyi altında revanşistlərin və Azərbaycanla delimitasiyaya qarşı olanların aksiyaları, eyni zamanda bu fonda keçirilən Almatı görüşü AzTV-də müzakirə edilib.

“Hədəf” verilişində gedən müzakirədə politoloq Aynur Camal Almatı görüşünü Ermənistandakı etirazlar fonunda qiymətləndirməyin vacibliyini bildirib. O vurğulayıb ki, Almatı görüşündən öncə xüsusilə Ermənistan tərəfi “pozitiv” açıqlamalar verirdi və ciddi irəliləyişin ola biləcəyini, hətta müəyyən razılaşmaların sənədləşə biləcəyindən danışırdılar. Ancaq bu danışıqlarda öz mövqelərini gücləndirmək və mövqelərinin qəbul olunmasına da çalışırdılar.

A.Camalın fikrincə, Ermənistanda başlayan etirazların hazırkı miqyası prosesin arxasında Paşinyanın da olduğu ehtimalını irəli sürməyə imkan verir. Çünki yürüşdə həddən artıq az iştirakçı vardı, ancaq 9 mayda İrəvanda keçirilən mitinqdə iştirakçı sayı “hakimiyyəti də təəccübləndirdi”. Ancaq mitinqdən sonra İrəvanda küçələrin bloklanması alınmadı, halbuki onminlərlə şəxsin toplandığı mitinqin ardınca küçələrin bloklanmasında heç olmasa minlərlə şəxs iştirak etməli idi.

Aynur Camal qeyd edib ki, bu və keşiş Baqratın “hüquqi prosedur” deyə başlatdığı impiçment məsələsinin indidən perspektivsiz olmasını təsdiqləyən faktlar aksiyalarda Mülki Müqavilə Partiyasının maraqlı olduğunu təsdiqləyir. Paşinyanın komandası bu “etirazlardan” Azərbaycan nümayəndə heyəti ilə danışıqlarda “müqavimət göstərmək üçün” istifadə edə bilər. Buna görə də Almatı görüşü əvvəlcədən proqnozlaşdırılan nəticəni vermədi. teleqraf.com

 Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar