Xəbər lenti
ABŞ-dan “gələcək dünya” ilə bağlı ŞOK İDDİA: 6 vacib ölkə olacaq - Türkiyə də...

Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Crux” nəşri yazıb.
Nəşr qeyd edir ki, gələcəyin dünyasında vacib əhəmiyyətə malik olan altı ölkə var. Bunlar: Braziliya, Hindistan, İndoneziya, Səudiyyə Ərəbistanı, Türkiyə və Cənubi Afrikadır.
“ Onların hamısı “Böyük 20-lik” üzvləridir və öz əhəmiyyətini və təsir dairəsini genişləndirməyə çalışırlar. Ən önəmlisi isə odur ki, bu ölkələrin heç biri aydın geosiyasi seçimlə getmir və heç bir qlobal blokun siyasi xəttini təkrarlamır. Ona görə də onların hansı tərəfə üz tutacaqlarını israr etmək böyük əhəmiyyət kəsb edəcək.
Belə ki, həmin ölkələrin heç biri Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə görə tətbiq edilən anti-Rusiya sanksiyalarını dəstəkləməyib.
Hesabata görə, altı ölkənin hamısı sübut edib ki, ABŞ, Çin və Rusiya kimi fövqəldövlətlərin rəqabətindən müəyyən güzəştlər alaraq, müəyyən situasiyalarda məharətlə istifadə edə bilirlər, lakin heç vaxt açıq öhdəliklər götürmürlər. Bütün bu altı ölkənin inkişaf etməkdə olan iqtisadiyyatı var və onlar elmi və mühəndis biliklərinə xüsusi önəm verirlər ki, bu da uzunmüddətli nəticələrə nail olmaq üçün vacibdir”, - məqalədə deyilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar