Xəbər lenti
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ

Rusiya mətbuatı xəbər verir ki, istefa xanım diplomatın bu addımı qızıl qaçaqmalçılığı ittihamı ilə saxlanılması xəbərindən sonraya təsadüf edib.
Hindistan mediası Əfqanıstanın Mumbaydakı baş konsulu vəzifəsində çalışmış Zəkiya Vardakın ötən həftə Dubaydan hər biri 1 kiloqram ağırlığında 25 qızıl külçəni qaçaqmalçılıq yolu ilə gətirdiyinə görə şəhərin hava limanında qısa müddətə saxlanması barədə məlumat yayıb. Bu gün isə o, “X” mikrobloqunda istefa verdiyini açıqlayıb.
Hindistan mediasının məlumatına görə, o, diplomatik toxunulmazlığına görə həbs edilməyib.
Vardak istefa verdiyinə dair statusunda həbsindən və ya qızıl qaçaqmalçılığı ittihamlarından bəhs etməyib:
“Əfqan diplomatik aparatında yeganə qadın olaraq mövqeyimi qoruyub saxlamaq üçün konstruktiv dəstək əvəzinə, məhv etməyimə yönəlmiş mütəşəkkil hücum dalğaları ilə üzləşdiyimə görə çox təəssüflənirəm. Son bir il ərzində təkcə mənə deyil, həm də yaxın və uzaq qohumlarıma yönəlmiş çoxsaylı şəxsi hücumlar və böhtanlarla üzləşmişəm”.
Zəkiya Vardak əlavə edib ki, hücumlar onun vəzifəsində “effektiv çıxış etmək” qabiliyyətinə ciddi təsir edib və “qadınların Əfqanıstan cəmiyyətində üzləşdiyi çətinlikləri nümayiş etdirib”. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar