Xəbər lenti
KTMT Ermənistansız da effektiv struktur olaraq qalacaq - Zaxarova

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan olmadan da, Avrasiyada təhlükəsizliyin təmin edilməsi üçün effektiv struktur olaraq qalacaq.
Manevr.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.
"Ermənistanın təşkilatdan çıxa biləcəyi və ya bilməyəcəyi ilə bağlı sual İrəvana ünvanlanmalıdır. Biz əvvəlki kimi erməni tərəfdaşlarımızın istənilən digər suveren ölkə kimi öz xarici siyasət kursunu, o cümlədən Təşkilatda gələcək fəaliyyət kontekstində müstəqil şəkildə müəyyən etməklə bağlı suveren hüququnu şübhə altına almırıq.
Xatırladım ki, Nizamnamənin 19-cu maddəsi Təşkilatdan çıxmaq imkanını müəyyənləşdirir. Bu halda dövlət KTMT üzrə öhdəliklərini tənzimlədikdən sonra Təşkilatdan çıxış tarixindən ən azı altı ay əvvəl rəsmi bildiriş göndərməlidir", - Rusiya XİN nümayəndəsi deyib
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































