Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Gürcüstanın baş naziri ölkə prezidentini satqın adlandırdı

Tarix: 30-04-2024 21:23     Baxış: 3227 A- / A+
“Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstanın milli maraqlarına birbaşa xəyanət edən xaindir.

Bu sözlər Gürcüstanın baş naziri İrakli Kobaxidze tərəfindən səslənib.

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının liderləri bu gün Zurabişvilinin “radikal müxalifətə” keçdiyini bildiriblər. Hakim qüvvənin nümayəndələri ən böyük müxalifət partiyasını “Vahid Milli Hərəkat” və onun tərəfdaşlarını “Milli Hərəkat” və Gürcüstanın və xalqın maraqlarına zidd olaraq, ölkədə vəziyyəti gərginləşdirməkdə suçlayıblar. Onlara görə müxalifət inqilab və hakimiyyət dəyişikliyi yolu ilə ölkəni müharibəyə sürükləmək istəyir.

“Ən kədərlisi odur ki, hələ də qanuni olaraq Gürcüstanın prezidenti adlandırılan şəxs, sözün hərfi mənasında, sadəcə olaraq, bu ölkəyə xəyanət edir”, – deyə Kobaxidze bildirib.

Salome Zurabişvili 2024-cü ilin payızının sonuna qədər Gürcüstanın prezidenti olacaq. Zurabişvilinin varisini gələn ilin oktyabrında keçiriləcək parlament seçkilərində 5 faizlik baryeri keçən partiyaların daxil olduğu Seçkilər Kollegiyası seçəcək. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar