Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir

Tarix: 26-04-2024 16:07     Baxış: 4238 A- / A+

Ermənistanda fəaliyyət göstərən, sıralarına, əsasən, muzdlu döyüşçüləri cəlb etməklə məşğul olan VOMA (Voxj Mnalu Arvest - "Sağ qalmaq sənəti") terror təşkilatı Ermənistan vətəndaşlarına və dünyada yaşayan erməniəsilli şəxslərə müraciət ünvanlayıb.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə informasiya terror təşkilatının saytında yerləşdirilib.
Belə ki, özünün mənfur niyyətlərini həyata keçirmək üçün VOMA müxtəlif hərbi təlimlərə start verdiyini açıqlayıb. Yaş, cins, dini və siyasi baxışlar fərq etmir.
Təlimlərə dağ atıcılıq kursları, meşəlik ərazidə komanda şəklində döyüşmək, kamuflyaj olunmağı mənimsəmək, pusqu qurmaq kimi hərbi bacarıqların öyrədilməsi daxildir.

Məlumat üçün qeyd edək ki, təşkilat Ermənistan vətəndaşlarının, həmçinin ABŞ və Avropa ölkələrindəki erməni diasporunun maliyyə dəstəyi sayəsində fəaliyyət göstərir.
VOMA özünü Ermənistan dövlətinin müdafiə qabiliyyətini artırmaq və diasporla Ermənistan arasında əlaqəni gücləndirmək məqsədi daşıyan ictimai hərbi-vətənpərvərlik təşkilatı adlandırır. Ancaq bu, təşkilatın əsas missiyasını gizlətmək üçün vasitədir. Onun qurucusu və başçısı Ermənistanda ilk kəşfiyyat-diversiya dəstəsinin rəhbəri olmuş Vova Vartanovdur. O, Birinci Qarabağ müharibəsində iştirak edib.
Eyni zamanda, VOMA-nın sıralarında olan silahlılar 44 günlük müharibədə Ermənistan ordusu tərkibində Azərbaycana qarşı döyüşlərdə iştirak ediblər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar