Xəbər lenti
Mişa siyasi mübarizəyə başlayır: Məni sədr seçin!
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili partiyası – Vahid Milli Hərəkatdan İdarə Heyəti yaratmağı və onu sədr təyin etməyi xahiş edib.Bu barədə Saakaşvili müxalifətə müraciətində deyib.
“Mən Vahid Milli Hərəkat Partiyasından xahiş edirəm ki, yaxın günlərdə partiyanın İdarə Heyətini yaratsın və İdarə Heyətinin sədri vəzifəsinə mənim namizədliyimi irəli sürsün”, - eks-prezident qeyd edib.
Saakaşvili həmçinin bildirib ki, parlamentdə baxılan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarları ilə tam razıdır və onlar kimi bu qanun layihəsini də “rus layihəsi” hesab edir.
Siyasətçi müxalifət qüvvələrinə oktyabrda keçiriləcək parlament seçkiləri üçün birləşməyi tövsiyə edib. Onun fikrincə, müxalifət 70 faiz səs toplamaq iqtidarındadır. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































