Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Planetin ən təmiz havası bu bölgədədir – Səbəbi bəlli oldu

Tarix: 19-04-2024 09:28     Baxış: 3154 A- / A+

Cənub okeanı üzərindəki havanı planetin ən təmiz havasına çevirən amil tapılıb.
Manevr.az xəbər verir ki, yağış və buludların bunda mühüm rol oynadığı anlaşılıb. Buradakı buludların güclü leysan əmələ gətirərək havadan çirkli hissəcikləri təmizlədiyi bildirilir.
Antarktika bölgəsindəki bu okeanda insan fəaliyyəti az olsa da, dənizdən gələn duz, küləkdən gələn toz və ya fitoplankton adlanan kiçik bitkiyə bənzər orqanizmlərin hissəcikləri kimi amillər havanı çirkləndirir.
Lakin tədqiqatçılar bildiriblər ki, buludlar və yağışlar okeanının üstündəki atmosferin təmizlənməsində mühüm rol oynayır. Alimlər okean üzərində müxtəlif bulud modellərini aşkar etmək üçün yeni nəsil peyklərin məlumatlarından istifadə edərək kompüter proqramı hazırlayıblar. Tədqiqatçılar xüsusi olaraq iqlimin bərpasında mühüm rol oynadığı bilinən pətək formalı bulud nümunələrinə baxıblar. Bu buludlardakı pətəklər tutduqları əraziyə düşən yağıntının miqdarına görə “açıq” və ya “qapalı” olurlar.
Havanın ən təmiz olduğu günlər açıq pətək buludları ilə əlaqələndirilir. Bu buludlar güclü leysanlar yaradaraq, havadakı çirki “yuyur”.
Məlum olub ki, açıq buludlar qapalı buludlardan daha çox nəm saxlayır və daha çox yağış verir. “Açıq olan buludların, qapalı buludlardan 6 dəfə çox yağış yağdırdığını aşkar etdik”, - deyə elm adamları vurğulayıblar.medicina.az

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar