Xəbər lenti
Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, ABŞ və AB qanun layihəsiylə bağlı Gürcüstan hökumətinə təzyiqini artırıb:
“Amma bu da hökumətin mövqeyini dəyişməyib. Hakim Gürcü Arzusu Partiyası Gürcüstanın AB üzvlüyünü qarşısına hədəf qoysa da, xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və medianın fəaliyyətini nəzarət altına almağa çalışır. Müxalifət və Qərblə yanaşı, Gürcüstan Prezidenti Salome Zurabişvili də bu qanunun əleyhinədir. Gürcüstanda unikal vəziyyət yaranıb. Gürcüstan prezidenti hökumətin qərarından xarici dövlət başçılarına şikayət edir. Baş nazir isə prezidenti xarici agent adlandırıb. Belə görünür ki, Gürcüstanda bu ilin oktyabr ayındakı parlament seçkiləri dərin ixtilaf içərisində keçiriləcək.
Qonşu Gürcüstandakı olaylar ölkəmizdə diqqətlə və həyəcanla izlənilir. Çünki strateji tərəfdaşımız olan Gürcüstanda sabitliyin pozulması Azərbaycanın maraqlarına cavab vermir. Azərbaycanı Türkiyə və Avropa ilə birləşdirən nəqliyyat dəhlizləri və boru xətləri Gürcüstandan keçir. Gürcüstanın xaosa yuvarlanması enerji və nəqliyyat layihələrinə təhlükə yarada bilər. Zəngəzur dəhlizinin işə düşməsi bu səbəbdən də vacibdir ki, nəqliyyat xətləri şaxələndirilsin və Azərbaycan yalnız bir ölkənin tranzit imkanlarından asılı olmasın”. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar