Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

İrandan İsrailə TƏHDİD- İstifadə etmədiyimiz silahlardan istifadə edərik

Tarix: 16-04-2024 17:58     Baxış: 4322 A- / A+
İran növbəti dəfə İsraili hədələyib.

İran parlamentinin Təhlükəsizlik Şurasının sözçüsü Əbülfəzl Amuyi bəyan edib ki, İsrail İrana hücum edərsə, əvvəllər istifadə etmədikləri silahlardan istifadə edəcəklər.

Manevr.az
xarici KİV-ə istinadən bildirir ki, Amuyi Livanda yerləşən “Əl-Meyadin” televiziyasına verdiyi açıqlamada İsrailin İrana qarşı qisas alması ehtimalını dəyərləndirib.

Amuyi ölkəsinin aprelin 13-də İsrailə hücumunun qanuni olduğunu və İsrailin istənilən hücumuna cavab verəcəklərini bildirib.

Qeyd edək ki, İsrail aprelin 1-də İranın Dəməşqdəki konsulluğunun binasına hava hücumu həyata keçirib. Hücum zamanı İran İnqilabı Keşikçiləri Korpusunun 2-si general olmaqla ümumilikdə 7 iranlı məmur həlak olub. Buna cavab olaraq İran aprelin 13-də yüzlərlə kamikadze pilotsuz uçuş aparatı, ballistik və qanadlı raketlərlə İsrailə hücum edib.

İran bəzi hədəflərin vurulduğunu, İsrail isə hücumların əksəriyyətinin hava hücumundan müdafiə sistemləri ilə qarşısı alındığını açıqlasa da, raket cənubdakı hərbi bazaya düşüb.

İsrail mətbuatı iddia edib ki, Təl-Əviv rəhbərliyi İranın hava hücumuna “aydın və təsirli” cavab vermək qərarına gəlib.

Nigar

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar