Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

İranın yüzdən çox PUA-sı ABŞ tərəfindən vuruldu - Tehran hücumun yekunlaşdığını bildirdi

Tarix: 14-04-2024 08:22     Baxış: 3417 A- / A+

İranın yüzdən çox pilotsuz uçuş aparatı (PUA) ABŞ tərəfindən İsrailin hava məkanından kənarda zərərsizləşdirilib.

İranın BMT-dəki nümayəndəliyi isə İsrailə qarşı hücumun yekunlaşdığını bildirərək, ABŞ-ı münaqişədən kənarda qalması ilə bağlı xəbərdarlıq edib. Nümayəndəliyin “X” sosial şəbəkəsindəki paylaşımda deyilir ki, bu, İranın Dəməşqdəki diplomatik korpusuna hücuma cavabdır.

Daha əvvəl ABŞ rəsmiləri İraq və Suriyadakı ABŞ qüvvələrinin İranın PUA-larını vurmağa hazır olduğunu, ABŞ qırıcılarının isə döyüş hazırlığı vəziyyətində olduğunu bildirmişdilər.

Xatırladaq ki, İran aprelin 13-ü şənbə günü axşam İsrailə pilotsuz təyyarələrlə hücum edib. Yüksək rütbəli İsrail rəsmisinin sözlərinə görə, İsrailə yüzlərlə pilotsuz təyyarə atılıb. Sonradan məlum olub ki, digər dövlətlər, o cümlədən Yəmən də İsrailə PUA-lar atıb. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar