Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tokayev Astanada keçiriləcək beynəlxalq forumu ləğv etdi - SƏBƏB

Tarix: 13-04-2024 21:27     Baxış: 3153 A- / A+
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev iyun ayında Astanada keçirilməsi nəzərdə tutulan beynəlxalq forumu ləğv edib.

Prezident bunu Qazaxıstanda misli görünməmiş daşqınlar və genişmiqyaslı dağıntıların nəticələrinin aradan qaldırılması üçün maliyyə resurslarına qənaət edilməsi, ölkə vətəndaşlarına yardımın göstərilməsi zərurəti ilə əsaslandırıb.

Tokayev "X" səhifəsində yazıb ki, forum 2025-ci ildə işini bərpa edəcək.

"Ümid edirəm ki, tədbirin dəvət olunmuş iştirakçıları bu qərara anlayışla yanaşacaqlar", - Tokayev qeyd edib.

Qeyd edək ki, iyunun 13-14-də respublikanın paytaxtında Qazaxıstan prezidentinin sədrliyi ilə Astana Beynəlxalq Forumu keçirilməli idi. İştirakçıların dörd əsas istiqamətə diqqət yetirməsi gözlənilirdi: xarici siyasət və beynəlxalq təhlükəsizlik, beynəlxalq inkişaf və davamlılıq, enerji və iqlim dəyişikliyi, iqtisadiyyat və maliyyə.

Onu da bildirək ki, əvvəl Qazaxıstan hökuməti Rusiyanın Orenburq vilayətindən gözlənilən böyük su axını barədə məlumat vermişdi ki, bu da Nazirlər Kabinetinin xəbərinə görə, yaxın günlərdə Atırau və Qərbi Qazaxıstan vilayətlərinə çatacaq. Respublikanın baş naziri Oljas Bektenov bildirib ki, Uralsk və Atırauda qüvvələrin və resursların maksimum səfərbər edilməsi lazımdır.

Mart ayından başlayan daşqınlarla əlaqədar Qazaxıstanın Rusiya ilə həmsərhəd olan bir sıra regionlarında yerli fövqəladə vəziyyət elan edilib. 

Tokayev daşqınları respublikada son 80 ildə ən böyük iqlim fəlakəti adlandırıb. musavat.com 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar