Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Perunun prezidenti evinə polis basqın etdikdən sonra altı naziri vəzifəsindən azad edib

Tarix: 02-04-2024 22:44     Baxış: 3221 A- / A+
Peru Prezidenti Dina Boluarte dəbdəbəli saat qalmaqalı ilə bağlı evində axtarış aparıldıqdan dərhal sonra altı naziri dəyişib.

Qeyd olunur ki, bu, ölkə siyasətinə daha da qeyri-sabitlik əlavə edib.

Daxili işlər naziri Viktor Torres bazar ertəsi istefa qərarını açıqlayıb, ardınca təhsil naziri və qadın məsələləri üzrə nazir istefa veriblər. Onların hər biri Boluarteni dəstəkləyərək polisin prezidentin evinə basqınını “lazımsız” adlandırıblar.

Torres jurnalistlərə verdiyi açıqlamada, istefasının ailə və sağlamlıq problemləri ilə əlaqədar olduğunu bildirib. Digər iki nazir isə istefalarının səbəblərini açıqlamayıb.

Bazar ertəsi axşam Boluarte, istehsal, ticarət və kənd təsərrüfatı nazirləri də daxil olmaqla, kabinetində üç əlavə istefa barədə məlumat verib. Bir gündə o, hökumətin 19 üzvündən altısını dəyişib.

Xatırladaq ki, martın 30-da Boluartenin evində axtarış aparılıb. Polis qapını qırıb. Buna səbəb mətbuatda prezidentin bir neçə “Rolex” saatına sahib olması ilə bağlı xəbərlər göstərilib. Polis siyasətçini rüşvətxorluqda şübhəli bilib. Lakin axtarışın həyata keçirilməsi ilə nazirlərin işdən çıxarılması arasında birbaşa əlaqənin olub-olmadığı barədə məlumat verilmir. musavat.com 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar