Xəbər lenti
ABŞ Ayda dəmir yolu xətti yaradacaq - Şəkil
ABŞ gələcəkdə Ayın cənub qütbündə bəşəriyyətin daimi məskunlaşacağı baza yaratmağı hədəfləyir.
Manevr.az xarici KİV-ə istinadən xəbər verir ki, bu planlara uyğun olaraq Ay səthində yüklərin və insanların daşınmasını təmin edəcək “dəmir yolu şəbəkəsi”nin qurulması işlərinə başlanılıb.
"Northrop Grumman" şirkəti tərəfindən hazırlanmış "Ay dəmir yolu planı"nın Ayda ciddi və davamlı iqtisadi inkişafı təmin edəcəyi gözlənilir.
Şirkət nümayəndələri bildirib ki, bu, ABŞ və beynəlxalq tərəfdaşlar üçün kosmik iqtisadiyyata töhfə verə bilər.
"Northrop Grumman" bəşəriyyəti kosmosa köçürməyə kömək edəcək ideyalar yaratmaq məqsədi daşıyan "Luna-10" tədqiqatında iştirak etmək üçün dekabr ayında ABŞ-nin Qabaqcıl Müdafiə Tədqiqat Layihələri Agentliyi (DARPA) tərəfindən seçilmiş 14 şirkətdən biri idi.
Başlamaq üçün şirkət Ayda dəmir yolu xəttinin çəkilməsi üçün hansı resurslara ehtiyac olduğunu müəyyən edəcək.
Daha sonra layihənin xərcləri və riskləri hesablanacaq və işlək Ay dəmir yolu sisteminin prototipləri yaradılmağa başlanacaq.
DARPA tərəfindən Luna-10 tədqiqatında iştirak etmək üçün seçilən digər şirkətlər arasında İlon Maskın "SpaceX" və Jeff Bezosun "Blue Origin" şirkətləri də var.
Şirkətlər gələn ay "Lunar Surface Innovation Consortium"da işləri ilə bağlı daha ətraflı məlumat verəcəklər.
ABŞ və Çin Ayın sirli cənub qütbünün daimi Ay bazası qurmaq üçün ən yaxşı yer olduğuna inanır.sfera.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar