Sizin Reklam Burada
Xəbər lenti
07-09-2025
06-09-2025
BÜTÜN XƏBƏRLƏR

İŞİD Rusiyanı növbəti terror aktı ilə hədələdi - Şəkil

Tarix: 25-03-2024 21:45     Baxış: 4195 A- / A+
“Crocus City Hall”a edilən hücuma görə məsuliyyəti üzərinə götürən İŞİD Rusiyanı növbəti terror aktı ilə hədələyib.

Bu barədə terror təşkilatının qolu olan “Vilayəti Xorasan”ın Tacikistandakı təbliğat şəbəkəsi - “Əl Azaim”də bildirilib.

Kanalda Rusiya Prezidenti Vladimir Putinə qarşı təhdidlərin yer aldığı plakat yayılıb.
Mətndə qeyd olunur ki, terror təşkilatının üzvlərinin işgəncə ilə dindirilməsinə etiraz olaraq onlar Rusiyada növbəti terror aktı təşkil edəcəklər.

Yeri gəlmişkən, Fransa Prezidenti Emmanuel Makron da “Vilayəti Xorasan”ın Fransada terror aktları törətmək üçün bir neçə cəhd etdiyini bildirib.

“Son aylarda məhz bu qrup ərazimizə bir neçə dəfə terror cəhdi edib”, - deyə o vurğulayıb.

Fransa prezidenti bu cəhdlərin nə vaxt, necə edildiyini, onların sayını və s. təfərrüatı açıqlamayıb.

Makron, həmçinin, bildirib ki, o, Rusiyaya terrorizmlə mübarizədə geniş əməkdaşlıq təklif edib. Rusiya prezidenti ilə birbaşa danışıb-danışmayacağı ilə bağlı sualı cavablandıran Makron təmasların ilk növbədə texniki şəkildə və nazirlər səviyyəsində aparılacağını deyib. musavat.com

 Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar