Sizin Reklam Burada
Xəbər lenti
07-09-2025
06-09-2025
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən maraqlı ziyafəti - "Nobel" banketi haqqında maraqlı faktlar

Tarix: 25-03-2024 15:17     Baxış: 4321 A- / A+


Dünyanın ən maraqlı ziyafəti - "Nobel" banketi haqqında maraqlı faktlar
Hər il "Nobel" mükafatçılarının şərəfinə təşkil edilən banket dünyanın ən nüfuzlu və maraqlı ziyafəti hesab olunur. İllərdir banketdə dəmir kimi rituallar qorunub saxlanılır. 
Manevr.az lent.az-a istinadən bu banket barədə maraqlı faktları təqdim edir.
Banketin başlama vaxtı İsveç saatı ilə 19:00-dır. Nə bir dəqiqə tez, nə bir dəqiqə gec. 

Hər bir laureat məclisə özü ilə maksimum 16 qonaq dəvət edə bilər. 
İsveç kralı banketə "Nobel" almış qadınlardan birinin müşayiətilə gəlməlidir. Həmin il qadın laureat yoxdursa, kral fizika sahəsində mükafat almış şəxsin həyat yoldaşının müşayiətilə məclisə təşrif buyurmalıdır. 
Məclis iki şəxsin şərəfinə sağlıqla açılmalıdır. İsveç kralı və Alfred Nobelin şərəfinə sağlıq deyilməlidir. Ardıcıllıq mütləq belə olmalıdır - əvvəlcə kral, sonra Nobelin sağlığına badə qaldırılmalıdır.
Ziyafətdə 1300 qonaq iştirak edir. Stol ətrafında oturan hər qonaq arasındakı məsafə 60 santimetr olmalıdır. Nə az, nə də çox.
Menyu hər il dəyişsə də, masa üzərində mütləq Skandinav mətbəxinin nümunələri olur. Qonaqlara hansı təamların təqdim ediləcəyi möhkəm sirr kimi saxlanılır. Bir dəyişməz ənənə var - desertə mütləq dondurma verilir. Əgər hansısa qonağın ərzaqlardan birinə allergiyası varsa, onun üçün xüsusi yemək hazırlanır. 
Qonaqlara 200 ofisiant qulluq edir. Dünyanın ən nüfuzlu ofisiantları bu banketə dəvət alır və bu onlar üçün şərəf sayılır.
Saat 22:15-də məclisin 2-ci, rəqs hissəsi start götürür və gecə saat 2-dək davam edir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar