Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya Tacikistanda əməliyyatlara başlayır?

Tarix: 24-03-2024 21:47     Baxış: 3174 A- / A+

“Krokus Siti Holl”da qətliam törədən terrorçuların Tacikistan vətəndaşları olduğu iddia edilsə də, bu təsdiqlənmədi, lakin daha sonra tacik olduqları deyildi. Bütün bu iddiaların fonunda Rusiyanın Tacikistan və ya taciklərlə bağlı hər hansı qərar verəcəyi (antiterror əməliyyatı, deportasiya) barədə fikirlər səsləndirilir. Tacikistan Rusiyanın müttəfiqi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bununla belə, bəzi rus ekspertlər Moskvanın Tacikistanda antiterror əməliyyatları keçirməsinin zəruri olduğunu deyirlər.

Maraqlıdır, Rusiya Tacikistanda antiterror əməliyyatı keçirə bilərmi?

Siyasi şərhçi Tural İsmayılov sözlərinə görə Rusiyada müəyyən ekspertlərin belə təklif ilə çıxış etməsi başadüşüləndir:

“Bu təklifi verənlər böyük ehtimalla radikal milliyyətçi şəxslərdir. Adətən belələri dar düşüncəyə malik olur və daha çox hissləri ilə hərəkət edir.

Təəssüf ki, teraktlardan sonra hadisəni törədən terrorçuların milliyyəti üzərindən bütün bir etnos müqəssir kimi görülür. Hətta dünya miqyasında o etnosa, millətə terrorçu damğası vurulur. Bu, çox yanlış düşüncədir.

“Krokus Siti Holl”da terakt törədənlər hətta Tacikistan vətəndaşları olsa belə, Rusiya bu ölkədə antiterror əməliyyatı keçirməz. Tacikistan Rusiyanın müttəfiqi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bundan başqa bu ölkənin Rusiyanı qarşına alacaq gücü yoxdur. Bu baxımdan qeyd olunan versiya real deyil”.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar