Xəbər lenti
Krokusda terror aktı zamanı 15 yaşlı İslam yüzdən çox insanı xilas edib
Moskva yaxınlığındakı Krasnoqorskda “Krokus Siti Holl”da törədilən terror aktı zamanı 15 yaşlı məktəbli İslam X. yüzdən çox insanı xilas edib.
Manevr.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda“ qəzeti məlumat yayıb.
Məlumata görə, səkkizinci sinif şagirdi “Piknik” rok qrupunun konserti zamanı qarderobda part-time işləyib və təsadüfən silahlı terrorçuların yanında olub. İslamın sözlərinə görə, o, təxminən yarım saat ərzində insanları binadan çıxarıb:
"Düz saat 23:00-da atəş səsləri eşidildi. Dərhal qaçdım ki, insanları çıxartmaq lazımdır. "Arxa” çıxışların harada olduğunu bilirik. Mən sakitcə çıxıb getsəydim, yüzlərlə adamın öləcəyini başa düşdüm. Kimi çıxarda bildimsə, çıxardım”.
İslam “Komsomolskaya Pravda“ qəzetinə müsahibəsində deyib: “Mən özümü qəhrəman hesab etmirəm”. Qəzet yazır ki, uşağın anası oğlunun hərəkətindən xəbər tutanda göz yaşlarını saxlaya bilməyib.lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar