Xəbər lenti
Moskva terrorunda slavyan izi "tapılıb"
Rusiya mətbuatı Moskvada "Crocus City Hall”da baş verən terror aktının arxasından Ukraynadakı müharibəyə etiraz edən qüvvələri "çıxarmağa" başlayıblar. Belə ki, artıq “Kommersant” nəşri mənbələrinə istinadən hadisəni Rusiya Könüllülər Korpusu ilə əlaqələndirib.
Mənbələr bildiriblər ki, martın 23-nə keçən gecə təhlükəsizlik qüvvələri əməliyyat qərargahından istiqamətləndirici göstərişlər almağa başlayıb və buna uyğun olaraq atəş açanların axtarışına başlayıblar: "Onlarda, “Kommersant”ın mənbələrinə görə, terrorçuların gənc slavyanlar olduğu, onların boyunun orta hesabla 180 sm-ə qədər olduğu və saxta saqqal və bığdan istifadə etdiyi bildirilirdi”.
Hücum edənlərin hərbi geyim, o cümlədən hündür çəkmələr geyindiyi də dəqiqləşdirilir. Təhlükəsizlik qüvvələri qeyd ediblər ki, onların təlimi təkcə döyüş deyil, həm də airsoft ola bilərdi, buna görə də rəqib hesab etdikləri hər kəsə atəş açıblar.
Qeyd edək ki, RKK Belqorod istiqamətində Rusiya ərazisinə hücumlar təşkil edən qruplaşmadır. Son həftələr ərzində Rusiyanın müxtəlif ərazilərində hüquq-mühafizə orqanları tərəfindən ona qoşulmağa hazırlaşan yüzlərlə şəxsin saxlandığına dair məlumatlar yayılıb.
Rusiya Prezidenti Vladimir Putin seçkilərdən sonrakı çıxışında daxildəki "satqınlar"dan xüsusi danışıb, onlara qarşı amansız mübarizənin aparılmasının zəruriliyini qeyd edib.
RKK hadisədən dərhal sonra ona aidiyyəti olmadığı açıqlayıb, terror aktının Rusiya hüquq-mühafizə orqanları tərəfindən qəsdən təşkil olunduğunu elan edib. lent.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar