Almaniyanın Dessau şəhərində 30 ildir mağazaları qarət edən Qriet V. adlı qadın saxlanılıb. Təxminlərə görə o, o qədər mal oğurlayıb ki, hətta evinin zirzəmisini də doldurub.
Manevr.az xarici mediaya istinadla bildirir ki, Qrit V.-nın 1700 qutu, çanta və kisələrdə saxlanılan əşyalar və oğurlandığı malların ümumi çəkisinin 20 tondan çox olduğu güman edilir. Təəccüblüdür ki, o, oğurlanmış əşyaların çoxunu açmayıb. Polis qadının evindən aşkar edilmiş bütün malları çıxarmaq üçün bir neçə dəfə yük maşını çağırmalı olub.
Bununla belə, xüsusilə diqqəti çəkən odur ki, Qrit V. heç vaxt oğurlanmış malları yenidən satmağa cəhd etməyib. O, sadəcə olaraq onları öz evində toplayıb. Onun qəribə davranışını izah edəcək əri və ya uşaqları da yoxdur.
Prokurorluq Qrit V.-nin əməllərində alətlər və geyimlərdən tutmuş tozsoranlara, dərman vasitələrinə və toxumlara qədər müxtəlif malların oğurlanması da daxil olmaqla 141 cinayət əməlini hesablayıb. Qadına qarşı ilk ittihamlar 2019-cu ildə, mağazalardan birində 1000 avrodan çox dəyərində mal oğurlanandan sonra gəlib.
İlkin araşdırma göstərir ki, Qrit V. patoloji obsesif-kompulsiv pozğunluqdan əziyyət çəkir və bu, onun qeyri-adi davranışına səbəb olub. Məhkəmə təqsirləndirilən şəxsin psixi vəziyyətinin qiymətləndirilməsi və sonrakı müalicəsi üçün xüsusi psixiatriya müəssisəsinə göndərilməsi imkanını nəzərdən keçirir.lent.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar