Xəbər lenti
Şahzadə ilə münasibətdə olduğu deyilən Rouz susqunluğunu pozdu
Şahzadə Uilyamla münasibətdə olduğu haqda xəbərlər yayılan Rouz Hanberi susqunluğunu pozub.
Manevr.az xarici mediaya istinadən xəbər verir ki, Şahzadə Kate Middleton və Şahzadə Uilyamın arasına girən qadın olduğu iddia edilən Rouz Hanberi susqunluğunu pozub. Şayiələr şahzadə Keytin əməliyyatdan sonra uzun müddət ictimaiyyətin diqqətindən kənarda qalmasını əri Şahzadə Uilyamın onu aldatdığını öyrənməsi ilə əlaqələndirirdi.
Cütlüyün ayrılması ilə bağlı söz-söhbətlərin ardınca Keyt Middlton və Şahzadə Diananın eyni aqibəti paylaşdığına dair şərhlər gəldi. Sosial mediada bir çox insan Şahzadə Uilyamı tənqid edərək onu anası Diananı Kamilla ilə aldadan atası Şahzadə Çarlzla müqayisə edib.
Məşhur televiziya xadimi Stiven Kobert tərəfindən ikinci qadın olaraq adı çəkilən 40 yaşlı Rouz Hanberi Keyt və Uilyamın yaxın dostu kimi tanınır. Nəhayət susqunluğunu pozmağa qərar verən keçmiş model Hanberi şayiələri təkzib edib.
Business Insider-ə açıqlama verən və “Deyilənlər tamamilə yanlışdır” deyən Rose Hanbury-nin kral ailəsi ilə keçmişdən yaxın münasibəti var. Onun nənəsi Ledi Elizabet Lambart 1947-ci ildə Kraliça Yelizaveta və Şahzadə Filipin toyunda gəlinlərdən biri idi. Hanberi keçən ilin mayında Kral Çarlzın tacqoyma mərasimində iştirak edən şəxslərdən biri idi.
Özündən 24 yaş böyük David Rocksavage ilə evli olan və üç övladı olan Rouz Hanberinin şahzadə Uilyamla qadağan olunmuş eşq macərası yaşaması ilə bağlı şayiələr ilk dəfə 2019-cu ildə ortaya çıxıb. Sonra, 2022-ci ildə Deuxmoi dedi-qodu saytı bir kralın "nikahdankənar əlaqəsinin ifşa olunmuş bir sirr olduğunu" yazdı. Bundan sonra hamı bu kralın Şahzadə Uilyam olduğunu düşünürdü.
Britaniyalı jurnalist və kral eksperti Omid Skobi də son kitabında "Endgame"də Şahzadə Uilyam və Rouz Hanberinin münasibətindən danışdı, lakin bunun sadəcə şayiə olduğunu vurğuladı.
Nigar
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar